Video
Video

“Deyib ki, oğlumun toyunda çağıraram”

“Deyib ki, oğlumun toyunda çağıraram”

Xalq artisti Röya Ayxan ötən gün iştirak etdiyi həmkarı Brilliant Dadaşovanın evlilik ildönümü ilə bağlı təəssüratlarını bölüşüb.

OLAY yazır ki, estrada ulduzu bununla bağlı instaqramda paylaşım edib. O bildirib ki, məclisə dəvətli olmasa da, özü getmək istəyib:

“Brilliant Dadaşovanın 35 illik evliliyini qeyd etdiyi gecədən gəlirəm. Məni ora çağırmayıb. Amma həmişə evində qonaq olmuşam, evinin qızıyam. O da mənim evimin gözəlidir. Adını da belə yazmışam: “Gözəlim”. Bu dəfə də eşitdim ki, belə bir gündür. Fikirləşdim ki, məni niyə çağırmayıb? Eşitdim ki, deyib, Cahadın toyunda çağıracam, indi demək ayıbdır. Bəlkə, mən sənin oğlunun toyunda öldüm, bəlkə, o qədər yaşamadım. Neynirəm o qədər gözləyim? Böyük sevgi ilə oraya getdim.

Hara çevirsəniz, insan olduğu kimi var, o necə doğulub elə də olur. Bəlkə bir dostunuz sizi çağırmaz, amma ora gedin. Çünki bəzən çağırmaq üçün utanırlar. Çox maraqlı bir gecə idi. Sevinirəm ki, orada iştirak etdim. Sevgi odur ki, sən insanları sevə biləsən. İnsanları sevə bilmirsənsə, sənə qarşı da sevgi ola bilməz. Mən heç nəyə görə sevgimi satmaram. Düşünürəm ki, mənim sevgim dünyanın ən güclü sevgisidir. Çünki o qədər dərin sevirəm ki, məni Zülfiyyə xanım, Brilliant xanım, Elnur Həsənov, Anarlar, oğlum Hüseyn, hər kəs sevir. Bütün bunları deməyimin səbəbi odur ki, rahat olun. O zaman həyat çox gözəl olacaq”.