Video
Video

Boşanmağa əl-ələ gəldilər

Boşanmağa əl-ələ gəldilər

Türkiyənin məşhur aktyoru Mehmet Aslantuğ boşanıb.

OLAY yazır ki, o, 27 illik xanımı Arzum Onanla bu gün münasibətlərinə nöqtə qoyub. Onlar Beykoz birinci ailə məhkəməsində hakim qarşısına çıxıblar. Cütlük məhkəmə binasına əl-ələ gəlib, KİV-in suallarını cavablandırmayıb.

Qeyd edək ki, Mehmet və Arzumun ayrılma səbəbi kimi psixoloji şiddət göstərilib.