Türkiyə şou-biznesində örnək cütlük kimi göstərilən Arzum Onan və Mehmet Aslantuğ boşanır.
OLAY yazır ki, tərəflərdən A. Onan məhkəməyə boşanmaq üçün müraciət edib. 27 illik evliliyin bitmə səbəbi kimi isə psixoloji şiddət göstərilib.
Onan fevralın 2-də ərizə yazaraq M. Aslantuğdan boşanmaq istədiyini bildirib. Onlar Beykoz birinci ailə məhkəməsində hakim qarşısına çıxacaqlar.
Qeyd edək ki, cütlüyün bir oğlan övladı var.