Məşhur türk ifaçı Sıla Bakıya gəlib.
OLAY yazır ki, müğənnini hava limanında yerli media nümayəndələri qarşılayıb. Sualları cavablandıran sənətçi uzun illərdən yenidən Bakıda konsert verməyin sevincini yaşadığını bildirib:
“Bakıdakı ilk konsertimdən uzun zaman keçib. O vaxtdan indiyə xeyli dəyişiklik olub”.
Sıla uğurlu ifaçı olması ilə bağlı suala isə belə cavab verib:
“Uğurlu olmaq problemli məsələ deyil, uğurlu qalmaq çətin məsələdir. Bunun üçün də xeyli çalışıram”.
Sənətçi çox uzun danışmaq istəmədiyi üçün jurnalistlərə “Sizi öpürəm və gedirəm” deyərək oradan uzaqlaşıb.
Qeyd edək ki, Sılanın konserti bu gün “Anadolu Events”in təşkilatçılığı ilə Bakı Konqress Mərkəzində gerçəkləşəcək.