Türk müğənni və bəstəkar Sezen Aksu bu gün baş tutan prezident və parlament seçkilərində öz seçimini edib.
OLAY yazır ki, sənətçi səs vermək üçün sandıq başına gedib. Növbəti dəfə səs verən Sezen “hə” möhürünü qaytarmağı unudub.
Bu anlar məntəqədə gülüş yaradıb. Bundan əlavə bələdiyyə sədri Sezendən konsert proqramı ilə çıxış etməsini istəyib.
O, isə “Mən artıq səhnəyə çıxmıram”, - deyə, bildirib. Həmçinin, Aksunun pərəstişkarları onu avtomobilinə qədər müşaiyət edib.