Video
Video

Yaşar 3 ildən sonra qızına qovuşdu

Yaşar 3 ildən sonra qızına qovuşdu

2020-ci ildə boşanan və övladına görə keçmiş həyat yoldaşı ilə problem yaşadığı deyilən müğənni Yaşar Cəlilov qızına qovuşub.

OLAY yazır ki, bu barədə sənətçi öz feysbuk hesabında məlumat verib.

İfaçı paylaşımında “Bu da 3 illik həsrətə son! Haqq öz yerini tapdı. Qızıma qovuşdum” – deyə, yazıb.

Qeyd edək ki, Y.Cəlilov Nigar adlı xanımla 2018-ci ildə ailə qurub. Müğənninin sözlərinə görə, o, məhkəmənin qərarı ilə təyin olunan günlərdə uşağı görə bilirdi.