Video
Video

Elgiz toyda adam döyüb

Elgiz toyda adam döyüb

Aparıcı Elgiz Əkbər toyda adam döydüyünü etiraf edib.

OLAY yazır ki, o, TikTok canlı yayımında aparıcısı olduğu toyda onu narahat edən şəxsi döydüyü barədə danışıb:

“Balaca boy, qarınlı bir kişi idi. Hara gedirəm, arxamca gəlirdi. Mənə deyirdi ki, “Hə, nə oldu?”. Axırıncı dəfə mənə yaxınlaşıb nə desə, yaxşıdır?: “Verdiyim pulun üstünə filan qədər qoydum, elə oxu ki, camaat ağlasın”. Mən guya “Ana” mahnısı oxumalıyam. İnanın, əsəbimdən əsirəm. Səbrimi sıxa bilmədim. Dedim “gəl bura, oxuyacam indi”. And olsun Allaha, bu kişinin qarnına yumruğu qoydum. Əsəbimdən bilmədim nə edirəm. Bəlkə də səhv etdim, etməməli idim. Yaxşı qurtardım hələ. Aparıcı toyda adam döyər? 

Dedim “Sən öləsən, sən bir də mənə yaxınlaşsan, başqa cür olacaq! Yaxınlaşma mənə, yekə kişisən”. Sən demə, bu kişinin 4 oğlu da toyda iştirak edirlər. Bəy görüb ki, bu adam məni incidir. Görüb və hiss edib ki, mən əsəbiyəm. Həmin bəy gəldi. İnanırsınız, həmin kişini və oğlanlarını toydan qovdu. Onlara dedi ki, “Sən bu məclisə layiq deyilsən”. O bəyə halal olsun”.