Bir neçə gün əvvəl Bakıya gələn Rusiyanın Xalq artisti Anna Netrebko ailə dostlarının məclisinə qatılıb.
OLAY yazır ki, sənətçi Safura adlı kiçik qızın ad günündə həyat yoldaşı, Xalq artisti Yusif Eyvazovla birgə iştirak edib.
Netrebko sözügedən şənlikdə əri ilə birgə lirik mahnıya rəqs edib. Daha sonra Azərbaycan mahnısının sədaları altında oynadığı anları İnstaqram hesabında paylaşıb.
Rus ifaçının belə məharətlə rəqs etməsi maraqla qarşılanıb.