Video
Video

Natavanla Dado bu səbəbdən bir araya gəldi

Natavanla Dado bu səbəbdən bir araya gəldi

Müğənni Natavan Həbibi oğlu Zeyd Əliyə ad günü edib.

OLAY yazır ki, ifaçı keçmiş həyat yoldaşı, repçi Dado Əliyev və yaxınları ilə birgə evdə ad günü məclisi təşkil edib. Natavan həmin anları sosial şəbəkə hesabında paylaşıb. 

O görüntülərə “Balamın ad günündən. Maşallah, 4 yaş” – qeydini yazıb.

Qeyd edək ki, Natavan və Dado ailə qurduqdan bir müddət sonra ayrılıb.  Daha sonra tərəflər çox nadir hallarda bir arada görüntülənib.