Video
Video

Kibariyeni səhnədən yıxdılar - Xəstəxanalıq oldu

Kibariyeni səhnədən yıxdılar - Xəstəxanalıq oldu

Tanınmış türk müğənnisi Kibariye səhnədə yıxılıb.

OLAY yazır ki, hadisə ötən gün baş verib.  Belə ki, sənətçi konsertində fanatlarına müraciət edərək onları səhnəyə yaxınlaşmağa dəvət edib. Bu zaman naməlum şəxs Kibariyeyə yaxınlaşmağa çalışıb, lakin mühafizəçi sənətçini qorumaq istəyib.

O, bilmədən ifaçıya toxunub və müğənni tarazlığını saxlaya bilməyərək səhnədən düşüb. Nəticədə yerə yıxılaraq ciddi zədə alan sənətçi xəstəxanaya aparılıb.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca isə ifaçının səhhəti barədə paylaşım edib. O, bildirib ki, yaralı vəziyyətdə xəstəxanada müalicə alan Kibariye qısa müddətdə evə buraxılacaq.