Azərbaycanı bu il Avroviziya mahnı müsabiqəsində təmsil edən Tural və Turan Bağmanovlar müzakirələrə səbəb olan firuzəyi xalçadakı geyimləri barədə danışıblar.
Dünən OLAY-a özəl müsahibə verən TuralTuranX qrupu bildirib ki, sözügedən obrazda özlərini xoşbəxt hiss edirlər:
“Gözəl dizaynerimiz Aysel Sadıqova bizi belə gəşəng geyindirib. Geyimimizə görə çox xoşbəxtik. Fuad Hacıyev və Niko Lab da bizim stilistlərimizdir. Aysel səhnə geyimlərimizi də özü hazırlayıb. Onun geyimlərini çox sevirəm. Çox xoşbəxtik”.
Qeyd edək ki, əkizlərin sözügedən obrazı ötən gündən sosial şəbəkələrin gündəmini zəbt edib. İncəsənət nümayəndələrinin bəzi üzvləri qardaşlara dəstək olsa da, əksəriyyət sənətçiləri tənqid edir.
Elnur Nağıyev