Xalq artisti Nazpəri Dostəliyeva bir müddət əvvəl vəfat edən oğlu Əli ilə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi övladnın onsuz keçən 3-cü ad günü olduğunu bildirib.
Oğlunun məzarından görüntülər paylaşan sənətçi kədərini dilə gətirib.
“Sənsiz keçirdiyimiz 3-cü ad günün. Ad günün mübarək, Əli balam”, - deyə, Dostəliyeva bildirib.