Bu gün Bakıya gələn Türkiyənin məşhur müğənnisi Edis barəsində həbs qərarı verilən həmkarı Gülşen haqqında danışıb.
OLAY yazır ki, o, sənətçinin haqqında çıxan qərarın yanlış olduğunu vurğulayıb:
“Gülşenlə bağlı prosesi izləyirəm. Verilən qərarın əleyhinəyəm. Yanlış qərar olub. Onun adına çox danışmaq istəmirəm. Təəssüf...”.
Qeyd edək ki, ötən ilin aprelində İstanbul konserti zamanı İmam Hatiplilerle bağlı dediyi sözlər səbəbilə ittiham edilən müğənni Gülşenə 10 ay müddətində həbs cəzası verilib.