Müğənni Türkan Vəlizadənin səhhətində problem yaranıb.
OLAY yazır ki, bu barədə ifaçı instaqram hesabında məlumat verib. O, paylaşdığı videoda çiyələkdən bədən və üzündə ciddi şişkinliklərin yarandığını bildirib:
“İki gün əvvəl çiyələk yemişik. Gün ərzində çox çiyələk yeyirəm. Amma üzümüz, bədənimiz şişlə doludur. Demək istəyirəm ki, evdə kiçik yaşlı uşaqlar varsa, çiyələk yeməyin. Məsləhət deyil. Yemək istəyirsinizsə, birinci sirkəli su ilə yuyun”.