Avroviziya təmsilçilərimiz Elnur Hüseynov və Eldar Qasımovun geyimləri diqqət çəkib.
OLAY yazır ki, Eldar Londonda təşkil olunan Avroviziya partisində çıxış edib.
O, gecədə fərqli detalları olan ağ kostyumu ilə səhnə alıb. Eldarın qollarında və sinə hissəsində iplər olan geyimi maraqla qarşılanıb.
Ötən gün məclislərdən birində səhnə alan Elnur da həmkarı kimi fərqli kostyum seçib. Onun ön hissəsi qara olan ağ köynəyi və şalvarı xüsusilə marağa səbəb olub.
Belə ki, Elnurun şalvarının üst hissəsindəki ətək onun paltarını daha da fərqləndirib.