74 yaşlı türk müğənni Selami Şahinin qalmaqallı videosu yayılıb.
OLAY yazır ki, vətəndaşlar tərəfindən lentə alınan görüntülərdə ifaçının ofisinin qarşısından keçən xanımları narahat etməsi göstərilib.
Ətrafdakı insanların sözlərinə görə, S. Şahin xanımların qarşısını kəsib onlarla tanış olmağa çalışır. Hətta bildirilir ki, 74 yaşlı sənətçi qadınların əllərindən tutur, onlara uyğunsuz təkliflər edir, yaxud da ofisinə çağırır.
Bu halın demək olar hər gün təkrarlandığı, Şahinin hətta xanım sürücülərin maşınına da mindiyi qeyd edilib.
Qeyd edək ki, S. Şahin Didem Şahin ilə evlidir. Onun üç övladı var.