Burak Denizin həmkarı Nilperi Şahinkaya və sevgilisi Emre Yusufi ilə yaşadığı qalmaqalın görüntüləri ortaya çıxıb.
OLAY yazır ki, sənətçi aylar öncə Adanada otellərin birində içkili halda Nilperi və sevgilisini narahat edərək, təhqirlər səsləndirmişdi.
Aktyor bu addımına görə sonradan peşman olub üzr istəsə də, Şahinkaya prokurorluğa müraciət edərək şikayətçi olub.
Sözügedən hadisənin görüntülərini isə jurnalist Birsen Altuntaş sosial şəbəkə hesabında paylaşıb.