WOW
WOW

Hüseynin evinə hücum edən qadın saxlanıldı

Hüseynin evinə hücum edən qadın saxlanıldı

Tanınmış bloger Hüseyn Həsənov Bakıda yaşadığı evdə hücuma məruz qalması barədə məlumat yayıb. O, əvvələr tanıdığı qadının onun evinə gələrək bıçaqla hücum etdiyini bildirib.

OLAY yazır ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli “Qafqazinfo”ya bildirib ki, bloger Hüseyn Həsənovun evinə hücum edən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

“1993-cü il təvəllüdlü, psixi xəstəliklərdən əziyyət çəkən qadın saxlanılıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq ixtisaslaşmış xəstəxanaya yerləşdirilməsi təmin olunub” deyə, qurum rəsmisi əlavə edib.