Aktyor Burak Deniz həmkarı Nilperi Şahinkaya ilə qalmaqalından danışıb.
OLAY yazır ki, bu barədə o, jurnalistlərə açıqlama verib.
Burak deyib ki, hər iki tərəf də lazımi şəkildə məsələyə aydınlıq gətirib: “Hazırda vəkillərimiz maraqlanır. Məhkəmə olacaq, ya yox, onu bilmirəm”.
Qeyd edək ki, Adanada bir hoteldə içkili olan Burak Nilperi və sevgilisini narahat edib. O, daha sonra cütlük məkanı tərk edərkən Burak təhqiramiz ifadələr səsləndirib. Deniz həmkarından üzr istəsə də, Nilperi Prokurorluğa müraciət edib.