Əməkdar artist Dilarə Əliyevanın qardaşı, aktyor Vüsal Murtuzəliyev mərhum prodüser Oqtay Əliyevlə bağlı şayiələrə aydınlıq gətirib.
O, OLAY-a açıqlamasında prodüserin ürəktutmasından vəfat etməsi barədə yayılan söz-söhbətlərin yalan olduğunu qeyd edib:
“Şayiələr yayılıb ki, ürək əməliyyatı olunub. Qətiyyən belə bir şey yoxdur. Heç vaxt ürəyində problem olmayıb, daim müayinədən keçib. Qəza isə anlıq olub, idarə edərkən huşunu itirib. Bağ evinə gedirdilər. Biz də əvvəlcədən getmişdik, onları gözləyirdik. Dilarənin sürücüsünə zəng gəldi, tez hadisə yerinə getdik”.
Samirə Ərəblinskaya