Xalq artisti Aygün Kazımova nümunəvi addımı ilə gündəmə gəlib.
OLAY yazır ki, sənətçi talassemiya xəstəliyindən əziyyət çəkən 9 yaşlı Dağnur üçün maddi yardım edib.
Bununla bağlı Lalə Azərtaş aparıcılıq etdiyi “Təsir Dairəsi” proqramında deyib.
“Aygün Kazımova Novruz çəkilişləri üçün "Xəzər" televiziyasına gəlmişdi. Əməkdaşımızın onunla münasibəti var. Qonşu studiyada onunla danışarkən, körpənin vəziyyəti ilə bağlı Aygün xanıma məlumat verib. Dərhal çantasını açıb və əlinə gələn ilk min manatı zərfə qoyaraq, Dağnur üçün göndərib. Əminəm ki, evdən hazırlıqlı gəlsəydi, daha çox yardım edərdi. Aygün Kazımovaya minnətdaram”, - deyə, Lalə bildirib.