Türk müğənni Mahsun Kırmızıgül Bakıda verdiyi sözü tutub.
OLAY yazır ki, bu barədə o, instaqramda məlumat yayıb. Mahsun bildirib ki, konsertdə ona təqdim edilən məktəb ləvazimatlarının olduğu qutunu söz verdiyi kimi, Adıyamandakı zəlzələ qurbanı qıza çatdırıb:
“Azərbaycan konsertimdə aldığım əmanət qutunu zəlzələ bölgəsi olan Adıyamanda yaşayan sevgili Yağmura çatdırdım. Çox xoşbəxt oldu. Təşəkkür etdi”.
Həmçinin sənətçinin paylaşdığı videoda Mahsunun hədiyyəni verdikdən sonra göz yaşlarına hakim ola bilməməsi də yer alıb.