TikTok-da canlı yayımlar açmağa başlayan müğənni Sevda Yahyayevaya kökəlməsi ilə bağlı suallar ünvanlanıb.
OLAY-ın məlumatına görə, həyat yoldaşı Zakir Bayramovla yayımda olan sənətçiyə bir çox izləyici artıq çəkiləri haqda rəylər yazıb.
Sevda isə “Kökəlməmişəm. Bu kofta və kamera belə göstərir”, - deyə, cavab verib.
Bundan əlavə Yahyayeva bir istifadəçinin ”Düşünürdük ki, siz doktoru arıqladarsız, amma deyəsən siz ona çatırsız” şərhinə “Çatmışam ona. Gördüm o, arıqlamır, mən kökəldim”, - deyə, bildirib.
Z. Bayramov isə xanımının qızları doğulduqdan sonra 12 kilo çəki atdığını və hər gün bir az da arıqladığını söyləyib.