Video
Video

“Yazıblar ki, cəhənnəmdə yanacaqsan”

“Yazıblar ki, cəhənnəmdə yanacaqsan”

Müğənni Çingiz Mustafayev ötən günlərdə müzakirə yaradan videosundan danışıb.

OLAY yazır ki, bununla bağlıo, özü açıqlama yayıb. Çingiz deyib ki, dini mahnı oxumasına görə şərh bölməsində tənqid olunub:

“Allaha olan sevgi sevgilərin ən gözəlidir. Ondan başqa kim üçün oxuyasan. Ondan böyük gözəllik yoxdur. Ötən dəfə bunu çəkib, paylaşmağa qərar verdim. Şərhləri oxudum ki, çox insana toxunub. Bir dostum zəng etdi ki,narazılığa səbəb olub, videonu silmək lazımdır. İstədim soruşum sizdən videonu niyə silim? Mahnıda iki cümlə istifadə etmişəm ki, Allahdan başqa Allah yoxdur.

Mən azan oxumamışam, belə yazmamışam ki, azandır. Heç azan oxumaq fiklrim də olmayıb. Sadəcə iki cümlə üzərində sufi, dərviş musiqisi oxumuşam. Kimisi sevgisini qorxu, şiddətlə bildirir, mən isə belə. Mənim aləmimdə Allah eşq, sevgi, işıq, nurdur. Şərhləri oxudum. Bəzilərini sildim. Çünki düşüncə başqalaırnı da zəhərləyə bilir. Mən də həmkarlarım, ya da başqa insanlar kimi, söyüşlə video çəkib, neqativ fikirlər səsləndirsəm, sizi də zəhərləmiş olaram. Yazmışdılar ki, sən cəhənnəmdə yanacaqsan, Allahdan qorx, sənə kim ixtiyar verib ki, Allahdan oxuyasan? O dostlarımdan xahişim budur ki, yaradanımla aramdakı ünsiyyətə qarışmayasız. O məsləhət bilsə, məni yandırar, cəzalandırar. Sizin isə buna ixtiyarınız yoxdur. Bəlkə bu fikrimə görə mühakimə edəcəksiz. Mən insanları, buddisti, müsəlmanı xristianı ayırmıram. Dinindən asılı olmayaraq səhvi hər kəs edə bilər. Məqsədim qəlbinizə dəymək deyil. Mənim Allah haqqında oxumağım sizi qıcıqlandırırsa, xoş gəlmirsə, məni bloklayın, ya da deyin ki, dəlidir, başı qaçıb. Çoxu fikirləşir ki, Çingizin başı qaçıb. Bu eşq yolunda özünü itirməsən, özünü tapa bilməzsən. Dəli olmasan, bu eşqi yaşaya bilməzsən”.