Xalq artisti Tünzalə Ağayeva həmkarı, Xalq artisti Aygün Kazımova ilə barışmağından danışıb.
OLAY yazır ki, sənətçinin doğum günündə onunla barışan Ağayeva bu barədə news24-ə müsahibə verib.
“Aygün xanım çox ürəkli insandır. Bunun şahidi oldum ki, onun qəlbindəki qırıntılar uzun çəkmir. Ürəyində qaranlıq heç nə saxlamır. Başa düşdük ki, əslində, aramızda problem yoxdur. Problem kənardan olub, təsir edib və çıxıb gedib. Nə onun içində qaranlıq, kin, paxıllıq var, nə də mənim içimdə. Bir-birimizdən alacağımız, verəcəyimiz yoxdur”, - deyə, Tünzalə bildirib.