“Heç bir iş, sərvət məni yıxa bilməzdi. Məni atamın getməyi yıxdı. Bir sıfır uduzdum…”
OLAY yazır ki, bu sözləri mərhum Xalq artisti Ramiz Novruzun qızı, stilist Şəfəq Novruz paylaşdığı videoda bildirib.
O, ünvanına yazılan tənqidlərə də cavab verib:
“Çox həssas adamam, bəzi müğənnilər və onların balası kimi sırtıq deyiləm. Abrım, həyam yerində olub. Şərhlər üzündən özümü nə qədər yaxşı etməyə çalışsam da, məni yıxırlar. Həmin an qılınclamağa başlayırsınız. Atamı məndən çox sevməyəcəksiniz. Atamı gözüm görə-görə qəbrə qoyurdular. Məsciddə onun üzünü açdım, necə şokda idimsə, gözümdən yaş çıxmırdı. Kimin nə arzusu var idisə, yerinə yetdi. Cavidanı verilişə çağırdılar ki, atası haqda danışsın. Toy-bayram deyildi. Harada görürsünüz, nələr yazırsınız. Atam xəstə olanda, yanında mən, Cavidan və o biri qardaşım olur. Bundan sonra Cavidana anayam, o isə mənim atamdır. Yazdıqlarınızı götürə bilmirəm.
İşimi məcbur edirəm. Qızım Ayan da, mən də o qədər bədbəxt adamıq ki, bir küncə çəkilib acımızı yaşaya bilmirik. Allah bizi elə bədbəxt yaradıb ki... Məcburuq işləməyə, gəlinlər yazmışıq, bəzəməsək, işimiz qalr. Kirayəmizin qiyməti 10 min manatdan çoxdur. İşləməsək, heç kim o pulu verməyəcək. Kaş ki, maaşa işləyərdim, 1 ay icazə alıb dərdimi çəkərdim.
Yazırlar ki, “ördəkdodaq”, Atamı gözümün qabağında qəbrə qoyurlar, şok vəziyyətdəyəm, gözümdən yaş gəlmir. Yazırlar ki, “ağla da, atan ölüb”... Bir daha makiyajlı, bəzənmiş, saçları sarı Şəfəqi yəqin ki, bir il sonra görərsiniz”.
Qeyd edək ki, R. Novruz uzun sürən mədə xərçəngindən fevralın 20-si müalicə aldığı ozəl klinikaların birində 67 yaşında dünyasını dəyişib.