Müğənni Ayan Babakişiyeva anası Sevda xanımla bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi valideyninin doğum günü olduğunu vurğulayıb.
Ayan Sevda xanımın görüntülərinin yer aldığı videonu instaqramda izləyicilərlə bölüşüb.
“Canım anam, həm dostum, rəfiqəm, gücüm, həm də ən zəif və həssas yerim. Nə yaxşı ki, varsan. Allah sənə sağlam, güclü, səbirli həyat nəsib etsin. Bizə həyat verdiyin üçün də sənə təşəkkür edirəm, bizi vicdanlı, mərhəmətli, duyğusal, ən asası da insani hislərlə böyütmüsən. Ad günün mübarək, mənim Sevam”, - deyə, Babakişiyeva bildirib.