Xalq artisti Röya Ayxan üzündə dəyişiklik etdirib.
OLAY yazır ki, sənətçi bu barədə instaqramda məlumat yayıb. Röya bildirib ki, qaşına tük əkdirib:
“Qaşlarım həmişə gözəl, lakin seyrək olub. Nəyimiz var, ona şükür etmişik. Dörd il əvvəl isə yıxıldım. Xəbəriniz yoxdur, Allah məni qorudu. Qaşımda böyük çapıq əmələ gəldi. Digər prosedurlara da heç razı deyiləm. Düzdür, gözəldir. Baxır kimə və necə. Tükün yerinə tük çıxmalıdır. Biz Hüseyn həkimlə tük əkdirdik, İndi tökülür sonra yenidən çıxacaq, yoxlanılacağam. Tutub-tutmadığını yoxlamaq üçün. Nəyiniz var, ona da şükür edin. Həmişə gözəllikdə. Ürəyiniz nə istəyir, onu da edin”.