Video
Video

“Dostluğumuza dəyər verirəm” - Dima Bilandan Nigara

“Dostluğumuza dəyər verirəm” - Dima Bilandan Nigara

Rusiyanın Əməkdar artisti Dima Bilan ötən günlərdə konsertinə dəvət etdiyi Nigar Camalla bağlı paylaşım edib.

OLAY yazır ki, o, iki gün davam edən solo konsertindən Nigarla görüntülərini paylaşaraq bunları yazıb:

“Əzizim Nigar Camal, səninlə dostluğumuza dəyər verirəm. “Обними Меня”nın yayımlanmasından 10 il sonra konsertlərimdə mahnımızı səninlə birlikdə səsləndirmək çox xoş idi”.

Qeyd edək ki, sözügedən duet 2012-ci ildə “Muz” TV mükafatlarında “Rusiyada ilin ən yaxşı dueti” nominasiyası üzrə qalib olub. Onlar 5 il sonra mahnını Bakıda keçirilən “JARA” festivalında ifa ediblər.