Olay
Olay

Məşhur duet illər sonra Moskva səhnəsində!

Məşhur duet illər sonra Moskva səhnəsində!

Müğənni Nigar Camal həmkarı Dima Bilanla məşhur dueti “Обними меня”nı illər sonra yenidən səsləndirib.

OLAY yazır ki, onlar sözügedən ifanı Moskvada Bilanın sənət fəaliyyətinin 25 ili münasibətilə baş tutan konsertdə oxuyublar.

Gecədən görüntülər tədbirin keçirildiyi məkanın sosial şəbəkə hesabında paylaşılıb.

Onu da bildirək ki, həmin duet 2012-ci ildə “Muz” TV mükafatlarında “Rusiyada ilin ən yaxşı dueti” nominasiyası üzrə qalib olub. Onlar 5 il sonra mahnını Bakıda keçirilən “JARA” festivalında ifa ediblər.