İranda xanım müəllim şagirdləri ilə mahnı oxuyub paylaşdığı üçün işindən qovulub.
OLAY yazır ki, hadisə Qaimşəhrdə baş verib. Müəllim uşaqlarla birgə “Gangster Sharh Amol” mahnısını səsləndirib.
Bu bəstə son həftələrdə olduqca populyar olan fars pop musiqi parçasıdır. Bildirilib ki, mahnı sözlərində “Spirtli içki içəcəyəm. Sərxoş olacağam” ifadəsi yer alıb.
Uşaq hüquqları müdafiəçiləri bu cür videoların sosial şəbəkələrdə paylaşılmasının, görüntülərinin yayılmasının onların hüquqlarının pozulması olduğunu bildiriblər. Bundan əlavə mahnının da uşaqların yaşlarına uyğun olmadığı vurğulanıb.
Müəllimin işdən çıxarılmasından da əlavə özəl məktəblərin fəaliyyətini yoxlayan Müşahidə Şurası təhsil müəssisəsinin lisenziyasının ləğv edilib-edilməməsi ilə bağlı iclas keçirib.