Video
Video

TikTok-da fenomen olan qayınana vəfat etdi

TikTok-da fenomen olan qayınana vəfat etdi

TikTok-da gəlini ilə çəkilən videolarla populyarlaşan Müslümə Ağayeva vəfat edib.

OLAY yazır ki, bu barədə onun gəlini Aygün Ağayeva açıqlama yayıb. O bildirib ki, qayınanası ötən gün dünyasını dəyişib. Ölüm səbəbi ilə bağlı isə bir məlumat qeyd edilməyib.

Qeyd edək ki, mərhumun gəlini ilə videoları TikTok-da 2 milyondan çox baxış toplayırdı. Onlar ailəlikcə “Elgizlə izlə” verilişində də qonaq olmuşdular.