Video
Video

Vaqif yenidən Çelentanonun bənzəri ilə

Vaqif yenidən Çelentanonun bənzəri ilə

Müğənni Vaqif Nağıyev italyan sənətçisi Adriano Çelentanonun bənzəri, musiqiçi Adolfo Sebastiyanla yenidən bir araya gəlib.

OLAY yazır ki, onlar ötən gün Bakıda baş tutan məşhur azərbaycanlı biznesmen Hikmət Hüseynovun oğlu Ramilin toy məclisində görüşüblər.

Hətta Vaqif Sebastiyanla birgə səhnədə mahnı da ifa edib. Nağıyev həmin anları sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, müğənni daha əvvəl də Sebastiyanla bir araya gələrək mahnı oxumuşdu.