Olay
Olay

Ulduzlar Bakıda iş adamının oğlunun toyunda

Ulduzlar Bakıda iş adamının oğlunun toyunda

Ötən gün məşhur azərbaycanlı biznesmen Hikmət Hüseynovun oğlu Ramilin toyu baş tutub.

OLAY-ın əldə etdiyi məlumata görə, o, Lamiyə adlı xanımla ailə qurub.

Bakıda dəbdəbəli restoranların birində keçirilən toyda yerli ulduzlarla yanaşı, dünyaca məşhur sənətçilər də iştirak edib. 

Gecədə italyan sənətçi Adriano Çelentanonun bənzəri, musiqiçi Adolfo Sebastiyan, Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Jah Khalib, həmçinin, Xalq artistləri Röya Ayxan, Eyyub Yaqubov, Əməkdar artist Sevda Ələkbərzadə, Abbas Bağırov, müğənnilər Rəsul Əfəndiyev və Azər Rzazadə səhnə alıb.

Qeyd edək ki, tədbirin təşkilatçısı Seva Sultan olub.