Video
Video

Röya həqiqətən də damdan tullanıb?

Röya həqiqətən də damdan tullanıb?

Xalq artisti Röya Ayxanın anşlaqla başa tutan üçünlük “Dəli kimi” konsertinin səs-küyü hələ də davam edir.

Estrada ulduzunun təqdim etdiyi, riskli hərəkətlərin yer aldığı səhnə şoularından videolar sosial şəbəkələrdə paylaşılır və maraqla qarşılanır. İzləyicilərin diqqətini çəkən və maraqlandıran bir məsələ isə Röyanın damdan özünü atdığı səhnədir. Belə ki, bir çox insan pop ulduzun həqiqətən də Bakı Konqres Mərkəzinin üzərindən tullandığını düşünüb.

Sənətçinin mətbuat xidmətindən OLAY-a verilən məlumata görə, həmin səhnə yaşıl fonda düzəldilmiş platformada çəkilib. Daha sonra qrafik effektlər vasitəsilə konsertdə təqdim olunan mənzərə hazırlanıb.

Röya Ayxanın Bakı Konqres Mərkəzinin damından özünü “atdığı” səhnəni və kadrarxası görüntülərini təqdim edirik: