Video
Video

Adı Rusiyada “Qızıl Fonda” düşən Əli “Səs”də

Adı Rusiyada “Qızıl Fonda” düşən Əli “Səs”də

“Səs Azərbaycan” mahnı müsabiqəsində yer alan iştirakçı Əli Muradovun adının Rusiyada “Qızıl Fonda” düşdüyü məlum olub. 

OLAY yazır ki, uzun müddət Rusiyada yaşayan vokal və skripka ifaçısı Əli  hələ 12 yaşında ikən  adı qalib olduğu beynəlxalq müsabiqələrə görə Fonda daxil edilib. Adı düşən ilk azərbaycanlı olan Muradovun haqqında fondun kitabında geniş informasiya dərc olunub.

Qeyd edək ki, Əli “Səs”də Polad Bülbüloğlunun “Gəl, ey səhər” mahnısını səsləndirib. Musiqiçi ifası ilə münsiflərdən Brilliant Dadaşovanı  döndürə bilib. 

20 yaşlı Əli Muradov Bakı Musiqi Akademiyasının 3-cü kurs tələbəsidir. O, Xalq artisti, professor Gülnaz İsmayılovanın sinifində solo oxuma bölməsində təhsil alır.