Əməkdar artist Bəhram Bağırzadə bir müddət əvvəl bəstəkar Üzeyir Hacıbəylinin abidəsinə ayaqqabı atanlara yumoristik cavab verib.
OLAY yazır ki, komediya aktyorunun instaqramda paylaşdığı videoda gənc oğlan ayaqqabı ilə hoqqabazlıq edir, B.Bağırzadə isə kameraya baxaraq oradan keçdiyi əks olunub.
Qeyd edək ki, yanvarın əvvəlində rezonans doğuran videonun qəhrəmanları haqda Daxili İşlər Nazirliyi araşdırma aparıb. Nəticədə 21 yaşlı Elvin İsmayılov və 17 yaşlı Fərid Cəfərov saxlanılıb. Məlum olub ki, E.İsmayılov sərxoş vəziyyətdə olub və tanışı F.Cəfərovla zarafat etmək məqsədilə abidəyə ayaqqabı atıb.