Video
Video

“Sənin balanın da xeyir-duasını mən verərəm”

“Sənin balanın da xeyir-duasını mən verərəm”

Şairə Nazilə Səfərli vəfat edən Əməkdar artist Tünzalə Əliyeva ilə bağlı paylaşım edib.

OLAY yazır ki, instaqramda video paylaşan Səfərli kədərini dilə gətirib.

“Yaddaşlarda belə qal, Toppuşum, əlləri xınalı bacım… Yüzlərlə gəlinlərin əllərinə xına yaxdın, gəlinimin də xınasına səni, məhz səni dəvət etdim… Sən də gözəl iştirak etdin. Allah mənə ömür versə, sənin balanın da xeyir-duasını mən verərəm. Gözün arxada qalmasın… Allah sənə rəhmət etsin, yolun düşsə, bu dünyaya bir də gəl…”, - deyə, Nazilə qeyd edib.

Xatırladaq ki, bu gün xərçəngdən həyatını itirən T. Əliyevanın bir qızı var.