Türk müğənni Zeynep Bastıkın növbəti Bakı konserti maraqlı anlarla yadda qalıb.
OLAY yazır ki, Bakı Konqres Mərkəzində səhnə alan sənətçi həm bir-birindən populyar mahnılarını səsləndirib, həm də nadir hallardan birinə imza atıb.
Belə ki, Zeynep konsert zamanı zalda ən arxada əyləşən fanatları üçün səhnədən enib. Türk ulduz azərbaycanlı dinləyicilərin yanına gedərək “Uslanmıyor bu” mahnısını ifa edib.