Sosial şəbəkə fenomenləri Elmira və Tural Namazovlar istirahət üçün Afrikaya gedib.
OLAY yazır ki, bu barədə Elmira bir milyon izləyicisi olan instaqram hesabında məlumat verib.
Namazova qeyd edib ki, qalacaqları otel iki il əvvəldən rezerv olunub:
“Afrikaya gəldik, çox həyəcanlıyıq. Bir otel var. Sabah ora gedəcəyik. Bir-iki il əvvəldən rezerv etdirmişdik, çünki yer yox idi. İndi isə iki il müddətində doludur. Dedilər ki, şir səsi eşitsəniz, qorxmayın, normal hadisədir. Bayaq da otağımızın pəncərəsinə meymunlar gəlmişdi”.