Video
Video

“Xanımlar şaxtada çöldə işləyirlər”

“Xanımlar şaxtada çöldə işləyirlər”

Məşhur idmançı Kamil Zeynallının növbəti paylaşımı marağa asəbəb olub.

OLAY yazır ki, Kamil bu dəfə qarlı havada yollarıə təmizləyən təmizlik işçiləri ilə bir araya gəlib.

O, işçi xanımlarlar foto və videosunu izləyiciləriylə bölüşüb.

“Zəhmətkeş xanımlarımız, biz isti evlərimizdə, maşınlarımızda, işimizdəyik. Bu xanımlar isə soyuqda-şaxtada çöldə işləyirlər. Bu əziyyət çəkən insanların qədrini bilək. Çox gözəl, pozitiv xanımlar idi. Mənim çay içdiyimi görüb, şəkil çəkdirmək istədiklərini dedilər. Mənə xoş sözlər deyib, zarafatlar etdilər. Oturduğum məkan onlara isti çay verdi və mən də boş yola salmadım. Biləsiniz... Allah sizi qorusun”, - deyə, Kamil bildirib.