Parodiyaları ilə populyarlaşan azərbaycanlı aktyor Nahid Abbaszadə bu dəfə “Yalı Çapkını” serialından səhnə canlandırıb.
OLAY yazır ki, o, Star TV-də yayımlanan məşhur ekran işinin ötən həftəki bölümündən bir hissəni təqlid edib.
Nahid həm Kazım, həm Esma, həm də Hatiçe (Hattuç) obrazına həyat verib.