Video
Video

Öncə rəqs edib, sonra əlindən öpdü

Öncə rəqs edib, sonra əlindən öpdü

Ötən gün Xəzər Media Mərkəzinin Yeni il tədbirində maraqlı görüntülər paylaşılıb. 

OLAY yazır ki, gecədə kanalın rəhbəri, Xalq artisti Murad Dadaşovun televiziyanın əməkdaşı, fiziki məhdudiyyətli Fatimə Əkbərli ilə rəqsi diqqət çəkib. Onun rəqsin sonunda Fatimənin əlindən öpməsi gözdən yayınmayıb.

Bu barədə Əkbərli sosial media hesabında paylaşım edib. O, “Bir insana dəyər vermək, qayğı göstərmək, ona qiymətli olduğunu hiss etdirmək bir mədəniyyətdir. Bunun təhsili yoxdur, kitablarda yazılmayıb, yolu insan olmaqdan keçir”, - deyə, bildirib.