Əməkdar artist Rafael İskəndərov Qusara yollanıb.
OLAY yazır ki, sənətçi burada illər öncə rol aldığı “Hərənin öz payı, öz tayı” filminin çəkildiyi məkana üz tutaraq, video paylaşıb.
“Bu film 2006-cı ildə çəkilib. İlk dəfə prodüser kimi bu layihədə özümü sınamışam. Uzun illərdən sonra bu yerlərə qayıtmaq xoş idi”, - deyə, aktyor bildirib.
Qeyd edək ki, Rafael daha əvvəl “Bizim Cəbiş müəllim” və “Məhəllə” filmlərinin çəkildiyi həyətə də yollanaraq, həmin anları instaqramda paylaşmışdı.