Video
Video

Yaşlı qadın Renkanın silikonlarını tənqid etdi

Yaşlı qadın Renkanın silikonlarını tənqid etdi

Rəqqasə Rəna Ağamuradovanın (Renka) başına maraqlı hadisə gəlib.

OLAY yazır ki, bu barədə o, instaqramda paylaşım edib. Renka bildirib ki, yolda tanış olduğu yaşlı xanım onu danlayıb.

“Bu nənə ilə bu gün tanış olduq. Haradasa iki saat bank axtardıq. Kömək etdim, axırda tapdıq. O qədər söhbət etmişik. Məni xeyli danladı, deyir, bu nə dodaqdı, bu nə dırnaqdı, gül kimi qızsan”.

Renkanın paylaşdığı video da isə qadın ona “Alt dodağını yox, amma üst hissəsini etdirməməyə çalış. Baxanda bilinir ki, səndə silikon var” sözlərini deyib.