Video
Video

Gökhan infarkt keçirdi

Gökhan infarkt keçirdi

Məşhur türk müğənni Gökhan Özen infarkt keçirib.

OLAY yazır ki, bu barədə sənətçi instaqramda məlumat yayıb. Post paylaşan pop ifaçısı bu sözləri qeyd edib:

“Ötən gecə Los-Ancelesdə evimdə infarkt keçirdim, xəstəxanaya yerləşdirildim. Bir müddət həkim nəzarətində qaldıqdan sonra evə buraxıldım. Belə bir xəbəri sizinlə paylaşmaq istəməzdim, amma həm yaxşı, həm də pis gün var. Bundan sonra müayinələrə davam edib, stressdən uzaq, sakit bir həyat yaşamağı planlaşdırıram”.