“Səs Azərbaycan - Doğma nəğmələr” müsabiqəsinin münsifləri Xalq artisti Gülyaz Məmmədova, Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva (Aşıq Samirə) və müğənni İlqar Xəyal ilk dəfə birlikdə paylaşım ediblər.
OLAY yazır ki, onlar verilişin yayımlanacağı İctimai televiziyanın Yeni il çəkilişlərində bir araya gəlib.
Həmin anların görüntülərini S. Əliyeva instaqramda paylaşıb.
Qeyd edək ki, onların jüri olması barədə ilk xəbəri OLAY yayıb.