Zaur və Günay Baxşəliyevlər cütlüyü oğulları Davudun 2 yaş partisindən görüntülər paylaşıb.
OLAY yazır ki, onlar videonu instaqramda izləyicilərlə bölüşüb.
“İllər keçir, yadda qalan anlar olur. Bu anları sevə-sevə sizinlə paylaşırıq. Allah bütün balaları qorusun, olmayanlara nəsib etsin”, - deyə, paylaşımda qeyd edilib.
Kadrlarda Baxşəliyevlərin əyləncəli görüntüləri əks olunub.
Xatırladaq ki, cütlük 10 ildir evlidir. Onların Davud və Dilavər adlı iki övladı var.