Dünya Çempionatındakı viral videolarından sonra böyük maraqla qarşılanan koreyalı futbolçu Ço Que-sung evlilik təkliflərinə görə telefonunu söndürüb.
OLAY yazır ki, bu barədə qərb KİV-i məlumat yayıb. Qeyd olunub ki, şəbəkələrdə ən çox görüntüləri paylaşılan Ço ona göstərilən böyük diqqətdən narahat olub.
O, çıxış yolu taparaq sosial aləmdən müvəqqəti olaraq uzaqlaşıb, telefonunu deaktiv edib.
Qeyd edək ki, Dünya çempionatından əvvəl instaqramda 20 min izləyicisi olan futbolçunun hazırda 1,9 milyonu abunəçisi var və artmaqda davam edir.