Video
Video

Onu ələ salanlara görə göz yaşı tökdü

Onu ələ salanlara görə göz yaşı tökdü

Türk müğənni Yılmaz Morgül efirdə ağlayıb.

OLAY yazır ki, “2. Sayfa” proqramında qonaq olan sənətçi kömür mədənindəki fotosunun ələ salınmasından bəhs edib. Morgül sosial şəbəkələrdəki şərhlərdən söz açarkən göz yaşlarını saxlaya bilməyib: 

“Zonguldakda 150 metrlik kömür mədəninə getdim. Onların hansı şəraitdə çalışdığını gördüm. Amma lağ etdilər ki, niyə işçilərinə üzü təmizdir, Morgül isə kömürə bulaşıb. Anlıq qorxdum ki, bir də anamı görə bilməyəcəm. Mənim sadəcə anam var, atamı 5 yaşımda itirmişəm, məni o, böyüdüb. Anam yataq xəstəsidir, danışa, nə istədiyini deyə bilmir. Sadəcə kripiklərini tərpədir. Sadəcə uşaq kimi səslər çıxardır”.